image-1632127066_24aa1d3d-8da6-461c-ad1a-4f7d37dfc370backend

Kadırova mükafat verildi

Çeçenistan rəhbəri Ramzan Kadırova yüksək səviyyəli mükafat təqdim olunub.

Bu barədə “Kavkazcenter” məlumat yayıb. Kadırova “Rusiya Federasiyasının Sement Sənayesinin İnkişafına Xüsusi Töhfəyə görə” Birinci Dərəcəli Ordeni verilib.

Mükafat Sement İstehsalçıları Birliyinin icraçı direktoru Darya Martınkina tərəfindən işgüzar görüş zamanı təqdim edilib.

Ramzan Kadırov bu münasibətlə özünün teleqram kanalında paylaşım edərək, fəaliyyətlərinə verilən yüksək qiymətə görə təşəkkürünü bildirib.//globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki