image-iran-abs-900x600-2backend

İran taktikanı dəyişdi: Hörmüzlə bağlı yeni qayda tətbiq olunacaq

İran hakimiyyəti yeni danışıqlar fonunda vəziyyəti gərginləşdirməmək üçün Hörmüz boğazından gəmilərin daşınmasını müvəqqəti dayandırmağı düşünür.

Referans Media xəbər verir ki, bu barədə Tehrandakı mənbəyə istinadən “Bloomberg” agentliyi məlumat yayıb.

Mənbənin sözlərinə görə, rəsmi Tehran hesab edir ki, bu qərar tərəflərə mümkün yeni danışıqlar raunduna hazırlaşmağa kömək edə bilər.

Belə ki, dəniz fəaliyyətində bir neçə günlük fasilə müzakirələrin bərpası üçün praqmatik addım hesab edilir. Lakin mənbə Tehranın hələ qəti qərara gəlmədiyini açıqlayıb.

İran Xarici İşlər Nazirliyi isə bu məlumatı şərh etməyib.

Adı açıqlanmayan ABŞ rəsmisi isə bildirib ki, Vaşinqtonun Hörmüz boğazındakı İran limanlarına blokada tətbiq etmək qərarı danışıqlara başlamaq taktikasının bir hissəsidir. Prezident Donald Tramp İranın boğazdan təzyiq vasitəsi kimi istifadə etməsini istəmir.//globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki