Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsraillə müharibə ehtimalını istisna etməyib.
Referans Media xəbər verir ki, bu barədə The Jerusalem Post nəşri məlumat yayıb.
Ərdoğanın sözlərinə görə, İsrailin hərəkətləri nəticəsində Livan əhalisinin 1,2 milyonu öz evlərini tərk edib. Türkiyə lideri beynəlxalq ictimaiyyətə müraciət edərək, oxşar vəziyyətin Fələstin üçün də qarşısının alınmasına çağırıb.
İsrailin mədəni irs naziri Amichai Eliyahu isə Ərdoğanın bu açıqlamasına sərt reaksiya verib. O, Türkiyə liderini “meqalomaniyalı diktator” və imperialist niyyətlərə sahib olmaqda ittiham edib.
Aprelin 11-də Türkiyə Xarici İşlər Nazirliyi də İsrailin baş naziri Benjamin Netanyahunu ABŞ və İran arasında aparılan danışıqlara münasibətinə, eləcə də Ərdoğana yönəlmiş tənqidlərinə görə kəskin tənqid edib.
Qeyd olunub ki, Netanyahunun əsas məqsədi sülh danışıqlarını pozmaq və regionda ekspansionist siyasətini davam etdirməkdir./Sfera.az























