Referans Media Polşanın “TVP World” telekanalına istinadla xəbər verir ki, son videolardan birində o, Varşavada bir qrup vəhşi qabanı küçədən qovub.
Digər videolarda isə o, izdihamlı küçələrdə gəzişir, yoldan keçənlərlə söhbət edir və gündəlik qarşılaşmaları maraqlı bir tamaşaya çevirir. 45 gün ərzində onun iştirakı ilə təxminən 150 videoçarx dərc olunub və bu videolar 500 milyondan çox baxış toplayıb.
“Varçotski”, “Unitree G1” şirkətinin istehsalı olan robotlaşdırılmış humanoiddir. O, Polşa internetində böyük rezonans doğurub və iştirak etdiyi bir çox videolar trendə çevrilib. Robotun sahibləri Radoslav Qrjelatçik və Bartoş İdzikdir.//publika.az























