Vaşinqtonda İsrail və Livan arasında indiyədək ən yüksək səviyyəli üzbəüz görüş baş tutub.
Referans Media APA-ya istinadla istinadla xəbər verir ki, görüş ABŞ diplomatlarının vasitəçiliyi ilə keçirilib.
Müzakirələrin əsas mövzuları tərəflərin fərqli gündəmlərini ortaya qoyub. İsrail “Hizbullah”ın silahsızlaşdırılmasını və gələcək sülh razılaşmasının perspektivlərini müzakirə etmək niyyətindədir. Livan isə ilk növbədə ölkə ərazisində atəşkəsin təmin olunmasına çalışır.
Ekspertlər İsrailin atəşkəsə razı olmaması səbəbindən görüşdən ciddi nəticə gözlənilmədiyini bildirir.























