image-5d1d250b-b2c7-48e7-948a-f0ccaaedf2a4backend

Yer kürəsi “parıldayır”, amma bəzi ölkələr qaranlığa qərq olur – Şok tədqiqat

Son illərdə peyk müşahidələri Yer kürəsinin gecə işıqlandırılmasında qlobal artım tempini qeydə alıb. Lakin bu proses planetin hər yerində eyni getmir: bəzi bölgələr sürətlə nura boyanarkən, digərləri tədricən solur.

Referans Media xəbər verir ki, “Nature” jurnalında dərc olunan yeni araşdırma süni işıqlandırmanın miqyasını üzə çıxarıb. 2014-2022-ci illəri əhatə edən analizlərə görə, dünyada gecə işıqlanması hər il orta hesabla 2% artır.

Tədqiqat göstərir ki, işıqlanma dinamikası coğrafiyadan asılı olaraq kəskin fərqlənir. Məsələn, Çin və Hindistan sürətli urbanizasiya səbəbindən rekord sürətlə “parladığı” halda, inkişaf etmiş ölkələrdə tam fərqli mənzərə yaranıb. Avropada gecə işıqlanması təxminən 4% azalıb. Ekspertlər bunu enerjiyə qənaət edən LED işıqlara keçid və işıq çirklənməsinə qarşı görülən tədbirlərlə əlaqələndirirlər.

Alimlər maraqlı bir faktı da üzə çıxarıblar: peyk sensorları işığı insan gözündən fərqli qəbul edir. Sıx şəhər binaları və yaşayış məhəllələri peykin baxış bucağından asılı olaraq fərqli parlaqlıqda görünə bilər. Yeni yaradılan xüsusi alqoritm artıq bu xətaları aradan qaldırmağa imkan verir.

Süni işıqlandırma həm gecə vaxtı elektrik enerjisinin əsas istehlakçısıdır, həm də ekosistemlərə ciddi zərər verir. Bu səbəbdən Avropa Kosmik Agentliyi daha həssas peyklər üzərində işləyir. Yeni nəsil cihazlar ən zəif işıq mənbələrini belə detallaşdıraraq ekoloji təhlükələri daha dəqiq proqnozlaşdırmağa kömək edəcək.//publika.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki