Referans Media xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
Qeyd olunub ki, görüş aprelin 17-19-da Türkiyədə keçirilməsi planlaşdırılan IV Antalya Diplomatiya Forumu (ADF-2026) çərçivəsində baş tutacaq.
Məlumata görə, müzakirələr yalnız Hörmüz boğazı ilə əhatələnməyəcək.
Qeyd olunub ki, bu il ADF-2026 forumunda iştirak etmək üçün 150-dən çox ölkədən nümayəndə heyəti gələcək. İştirakçılar arasında 20-dən çox dövlət və hökumət başçısı, 15-ə yaxın vitse-prezident, eləcə də böyük əksəriyyəti xarici siyasət idarələrinə rəhbərlik edən 50-dən çox nazirin olacağı bildirilib. Ümumilikdə, forum beynəlxalq təşkilatların rəhbərləri də daxil olmaqla, 5 minə yaxın qonağı qəbul edəcək.
ADF-2026 çərçivəsində 40-dan çox müxtəlif tədbir və sessiya planlaşdırılıb. Müzakirələrdə yalnız siyasi və regional məsələlərə deyil, həm də qlobal transformasiyanın iqtisadi, ekoloji və texnoloji aspektlərinə toxunulacaq.//publika.az























