image-avusturya-abd-nin-askeri-ucuslari-icin-hava-19711776_ampbackend

ABŞ-ın Avstriyada planları uğursuz oldu – İran əməliyyatlarına icazə verilmir!

Avstriya, ölkənin neytrallıq qanununa istinad edərək, ABŞ-ın İrana hücum etmək üçün hava məkanından istifadə etməsinə icazə verilmədiyini bildirib.

Referans Media xəbər verir ki,  Avstriya hökuməti, ölkənin neytrallıq qanunu çərçivəsində ABŞ-ın İrana qarşı hərbi əməliyyatlar üçün Avusturya hava məkanından istifadəyə icazə verməyəcəyini açıqlayıb.  Müdafiə Nazirliyi bu qərarın aktiv neytrallıq siyasəti çərçivəsində verildiyini bildirib.

Avstriya Müdafiə Nazirliyi ABŞ-ın İrana qarşı hərbi əməliyyat üçün Avstriya hava məkanından istifadəsinə icazə verilmədiyini açıqladı. Bəyanatda qərarın səbəbi kimi ölkənin neytrallıq qanunu göstərilsə də, ABŞ-ın konkret tələbi ilə bağlı heç bir məlumat verilməyib.

Koalisyon hökumətində təmsil olunan Sosial Demokrat Partiyanın Aşağı Avstriya Eyaləti rəhbəri Sven Hergovich, Avusturya hökumətini ABŞ ordusunun Körfəzdəki hər hansı bir uçuşunu, o cümlədən logistika və nəqliyyat dəstəyini belə, təsdiqləməməyə çağırıb.

Qeyd edək ki, bu qərar, ABŞ-ın İran əməliyyatlarında Avropadakı müttəfiqlərindən gözlədiyi dəstəyi əldə edə bilməməsi baxımından diqqət çəkir və Avusturiyanın “neytrallıq” siyasətinə ciddi nümunə kimi qiymətləndirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki