backend

ABŞ Nigeriyaya hava hücumu etdi – Trampdan sərt mesaj VERDİ – VİDEO

ABŞ Prezidenti Donald Tramp gecə saatlarında Nigeriyanın qərb bölgəsində yerləşən İŞİD hədəflərinə qarşı “güclü və ölümcül” hava hücumu həyata keçirildiyini açıqlayıb.

Referans Media xəbər verir ki, Nigeriya Xarici İşlər Nazirliyi əməliyyatı təsdiqləyib və ABŞ-ın hərəkətini bölgədəki xristian əhaliyə qarşı həyata keçirilən zorakılıqlarla əsaslandırıb.

Tramp öz sosial media platforması “Truth” vasitəsilə verdiyi açıqlamada əməliyyatın baş komandan olaraq onun göstərişi ilə həyata keçirildiyini bildirib: “Bu gecə göstərişimlə ABŞ Nigeriyanın qərb bölgəsindəki İŞİD terrorçularına ölümcül zərbə endirdi. Bu terrorçular uzun illərdir xristianları amansızcasına hədəf alıb öldürürdülər. Onları əvvəllər xəbərdar etmişdim; qətliamı dayandırmazlarsa, ağır nəticələrə hazır olsunlar. Bu gecə həmin nəticə alındı.”

“Radikal İslamçı Terrora İcazə Verməyəcəyik”

Tramp ABŞ Müdafiə Nazirliyinin əməliyyatları “mükəmməl” adlandırıb və terrorla mübarizədəki qərarlılığını belə ifadə edib: “Ölkəm, radikal islamçı terrorun böyüməsinə heç vaxt icazə verməyəcək. Tanrı ordumuzu qorusun və hamınıza Şaxta Babadan salam; ölü terrorçular da daxil. Əgər xristianları öldürməyə davam etsələr, ölənlərin sayı daha çox olacaq.”

Nigeriya Xarici İşlər Nazirliyi əməliyyatı təsdiqlədi

Nigeriya hökuməti ABŞ-ın hərəkətini təsdiqləyən rəsmi açıqlama yayıb. Nazirlik bildirib ki, ölkə beynəlxalq tərəfdaşlarla təhlükəsizlik əməkdaşlığını davam etdirir: “Nigeriya dövləti, terrorizm və ekstremizm təhlükəsi ilə mübarizə aparmaq üçün ABŞ da daxil olmaqla beynəlxalq tərəfdaşlarla strukturlaşdırılmış əməkdaşlığa sadiqdir. Bu əməkdaşlıq çərçivəsində ölkənin qərb bölgəsində terror hədəflərinə qarşı dəqiq hava hücumları həyata keçirilib.”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki