image-plastik-catal-aa-2445453backend

Plastik çəngəl, boşqab və pipetlər qadağan edilir

Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyi plastik çirklənməsini azaltmaq məqsədilə birdəfəlik plastik məhsulların istifadəsini məhdudlaşdırmağa hazırlaşır. Yeni qaydalara əsasən plastik çəngəl, bıçaq, boşqab, pipet və qulaq çubuqları kimi məhsulların bazara çıxarılması ilin sonuna qədər qadağan edilə bilər.

Qərarın tətbiqi ilə hər il təxminən 1,5 milyon ton karbon emissiyasının qarşısının alınacağı və 1,5 milyard lirə həcmində tullantı idarəetmə xərclərinə qənaət ediləcəyi gözlənilir.

Bu məhsulların əvəzinə şüşə, porselen, taxta və karton kimi daha ekoloji alternativlərin istifadəsi təşviq olunacaq.

Məlumata görə, Türkiyədə 2022-ci ildə 709 min tondan çox birdəfəlik plastik məhsul istehlak edilib və bu göstərici son illərdə artmağa davam edir. Avropanın bir çox ölkəsində isə bu tip plastik məhsulların istifadəsi artıq məhdudlaşdırılıb və ya qadağan edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki