Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Qarabağı könüllü tərk edən ermənilər Ermənistan vətəndaşlığını almalı və yanlış ümidlərə qapılmamalıdırlar.
Referans Media xəbər verir ki, Paşinyan Avropa Parlamentində çıxış edərkən deyib:
“Bizim əsas vəzifələrimizdən biri odur ki, qarabağlı qardaş və bacılarımızın emosiyaları sui-istifadə edilməsin və onlara yalancı ümidlər verilməsin”.
Baş nazir vurğulayıb ki, qarabağlı ermənilər Ermənistan vətəndaşlığını almalı və ölkədə daimi yaşayış qurmalıdırlar. O qeyd edib ki, artıq onların yerləşdirilməsi proqramı başlayıb və hazırda 4 886 ailə bundan yararlanıb .
Bu açıqlama Ermənistan hökumətinin Qarabağdan köç edən ermənilərin statusunu rəsmi şəkildə tənzimləmək və onları ölkədə sabit şəkildə yerləşdirmək niyyətini göstərir.//globalinfo.az























