İran Yaxın Şərqdə ABŞ və İsraillə əlaqəli iqtisadi mərkəzlərə və banklara zərbə endirə biləcəyi ilə bağlı xəbərdarlıq edib.
Referans Media xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı qərargahın sözçüsünə istinadən məlumat yayıb.
İran Silahlı Qüvvələrinin Mərkəzi Qərargahı “Xatəm əl-Ənbiya” bəyan edib ki, İran bankına edilən hücumdan sonra Yaxın Şərqdə ABŞ və İsraillə əlaqəli “iqtisadi mərkəzlər” və banklar hədəfə alına bilər.
Sözçü bildirib ki, “düşmən bizə ABŞ-a və regiondakı sionist rejimə məxsus iqtisadi mərkəzlərə və banklara zərbə endirmək imkanı verib”.
O, həmçinin Yaxın Şərq ölkələrinin sakinlərinə həmin bank və maliyyə qurumlarından ən azı 1 kilometr radiusda uzaq durmağı tövsiyə edib.























