image-hormuzbackend

ABŞ-dan İrana xəbərdarlıq: Hörmüz limanlarından təcili təxliyə başladı

ABŞ-ın Mərkəzi Hərbi Komandanlığı (CENTCOM) İranın Hörmüz boğazı zonasında yerləşən limanlarından bütün mülki şəxslərin dərhal çıxarılmasını tələb edib.

Bu barədə komandanlığın yayımladığı rəsmi xəbərdarlıqda bildirilib.

Amerika hərbi qurumlarının məlumatına görə, Tehran mülki liman infrastrukturlarını beynəlxalq gəmiçilik üçün təhlükə yarada biləcək əməliyyatlarda istifadə edir. Bu vəziyyət mülki şəxslərin həyatını risk altına qoyur.

CENTCOM xəbərdarlıq edib ki, bu cür hərəkətlər limanların müdafiə statusunu aradan qaldırır və onları qanuni hərbi hədəfə çevirir. İran liman işçiləri, inzibati personal və ticarət gəmilərinin ekipajı hərbi gəmilərdən və texnikadan uzaq durmalı, mümkün fəsadlardan qorunmalıdır.//globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki