Çin, ixrac nəzarətinə məruz qalan şirkətlər siyahısına 10 ABŞ şirkətini də əlavə edib.
Referans Media xəbər verir ki, bu barədə Sinxua agentliyi Ticarət Nazirliyinə istinadən məlumat yayıb.
Məlumata əsasən, nazirlik bununla bağlı bəyanat yayıb.
Bəyanatda deyilir:
"Biz bu addımı milli təhlükəsizliyi və maraqları qorumaq, eləcə də beynəlxalq öhdəlikləri (o cümlədən nüvə silahının yayılmaması) yerinə yetirmək üçün atmışıq".
"Qara siyahı"ya daxil olan şirkətlər arasında ABŞ-nin "Aveox, Inc.", "Ball Aerospace & Technologies Corp.", "L3Harris Maritime Services, Inc." və digərləri var.
Bundan əlavə, Çin sanksiya siyahısına daxil olan 46 Amerika şirkətindən məhsul almağı qadağan edib.
Ölkənin Maliyyə Nazirliyinin açıqlamasına görə, yeni məhdudiyyətlər dövlət satınalmalarında iştirak edən təşkilatlara "Lockheed Martin Corporation" və "Raytheon Missiles & Defense" də daxil olmaqla, yuxarıda adı çəkilən Amerika şirkətlərindən məhsul almağı qadağan edir.
Departament həmçinin əlavə edib ki, bu qadağa Amerika investisiyalı Çin şirkətlərinə şamil edilmir./ Sfera.az
