İlham Əliyev Hüseyn Quliyevi TƏLTİF etdi

Hüseyn Rzaqulu oğlu Quliyev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Referans Media  xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
 

Hüseyn Quliyev Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Qeyd edək ki, Hüseyn Quliyev Azərbaycanın Özbəkistandakı səfiridir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki