Növbə Qriqoryana da çatdı - Paşinyan Kamo ilə bağlı ƏMR VERDİ

“Çiçəklənən Ermənistan” partiyasından deputatlığa namizəd Martun Qriqoryanın böyük oğlu Kamo Qriqoryan həbs olunub.

Referans Media  xəbər verir ki, “Sputnik Ermənistan”nın məlumatına görə, o, vəkili ilə birlikdə istintaq orqanına könüllü şəkildə getdikdən sonra saxlanılıb.

 
Bildirilir ki, Qriqoryan 2025-ci ilin iyununda başlanan xuliqanlıq işi üzrə təqsirləndirilən şəxs qismində tanınıb və bir il ərzində axtarışda olub.
Onun vəkili Arsen Babayan bildirib ki, müdafiə etdiyi şəxs barəsində əvvəlcədən iki ay müddətinə həbs qətimkan tədbiri seçilmişdi.

“Onun gəlməsindən sonra məhkəmə onun iştirakı ilə həbs məsələsinə yenidən baxdı və qətimkan tədbirini dəyişmədən saxladı”, – deyə vəkil qeyd edib.

Vəkilin sözlərinə görə, Kamo Qriqoryan ittihamları qəbul etmir və özünün təqsirsiz olduğunu sübut etməyi planlaşdırır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki