Ukrayna ordusu Voronejdə hərbi zavodu vurdu

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Voronej şəhərinə raket zərbələri endirib.

Referans Media  xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrin Rusiya seqmentində və teleqram kanallarında yayılıb.

İlkin ehtimallara görə, hücum zamanı Böyük Britaniya istehsalı olan uzaqmənzilli "Storm Shadow" qanadlı raketlərindən istifadə olunub.
 

Sosial şəbəkələrdə paylaşılan məlumatlara görə, zərbələr nəticəsində Voronej Yarımkeçirici Cihazlar Zavodu hədəf alınıb.


Qeyd olunur ki, qanadlı raketlərin atıldığı sözügedən sənaye müəssisəsində Rusiya ordusu üçün zirehli jiletlər, həmçinin "İskander-K" və "X-101" raketləri üçün vacib komplektləşdirici hissələr və detallar istehsal edilir.








  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki