“Qarabağ” Futbol Klubu qapıçılar Fabian Buntiç və Amin Ramazanovla yollarını ayırıb.
Referans Media xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Klub Buntiçlə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib. Ramazanovun isə müqavilə müddəti başa çatıb.
"Qarabağ" Fabian Buntiç və Amin Ramazanova göstərdikləri xidmətlərə görə təşəkkür edib, hər ikisinə gələcək karyeralarında uğurlar arzulayıb.
