Acunun qolundakı saatın qiyməti gündəm oldu: Dəyəri milyonlarla ölçülür

Türkiyəli televiziyaçı və iş adamı Acun Ilıcalı qatıldığı "YouTube" yayımında bu dəfə açıqlamaları ilə yox, qolundakı dəbdəbəli saatla diqqət mərkəzinə düşüb.

Referans Media xəbər verir ki, sosial şəbəkələrdə yayılan iddialara görə, Ilıcalının taxdığı lüks saatın təxminən 3 milyon dollar dəyərində olduğu bildirilir. Hazırkı məzənnə ilə bu məbləğin 139 milyon TL-dən çox olduğu qeyd olunur.

Yayımdan sonra istifadəçilər saatın markası və bazar dəyəri ilə bağlı müzakirələr aparmağa başlayıb. Xüsusilə də aksesuarın qiyməti sosial mediada ən çox danışılan detallardan birinə çevrilib.

Lüks saat seqmentinə aid olduğu bildirilən modelin dəqiq texniki detalları və rəsmi qiyməti ilə bağlı isə hələlik rəsmi açıqlama verilməyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki