Bakının Xətai rayonu ərazisində - Ağ Şəhərdə zəncirvari yol qəzası baş verib.
“OUD Baku” restoranının qarşısında 7 avtomobil toqquşub. Nəticədə, “Porsche”, “Range Rover”, 2 ədəd “BMW” və digər markalı avtomobillərə ciddi zərər dəyib.
Bildirilib ki, hadisəyə idarəetmədən çıxan avtomobillərdən biri səbəb olub.
Qəzada xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.
