Bakıda dəhşətli qəza - Ölən və yaralananlar var - VİDEO

Dünən axşam saatlarında paytaxtın Suraxanı rayonunda ağır yol qəzası baş verib.

Referans Media xəbər verir ki, Hövsan qəsəbəsi Dənizkənarı küçəsində “Mercedes 190” markalı 90 EV 255 və “BYD” markalı 99 VQ 246 dövlət qeydiyyat nişanlı avtomobillər toqquşub.

Nəticədə, 1998-ci il təvəllüdlü Cəfərli Əlican Əli oğlu aldığı xəsarətlərdən həlak olub. Daha 3 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki