image-xabi-alonsooobackend

Alonso “Real”a bu iki ulduz futbolçunu istəyir

“Real Madrid” iki müdafiəçi transfer etmək istəyir.

Referans xəbər verir ki, “Real” “Bornmut”dan Din Xeyse və “Benfika”dan Alvaro Karrerasın xidmətinə maraqlıdır. Bildirilir ki, klub futbolçular üçün 100 milyon avrodan çox büdcə xərcləyə bilər. Məlumata görə, “Real”ın yeni məşqçisi olacağı deyilən Xabi Alonso müdafiə xəttini gücləndirmək istəyir. “Real” futbolçuları onun təlimatı əsasında almaq istəyir.

Qeyd edək ki, hər iki futbolçu ilə Avropanın bir sıra klubları maraqlanır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki