İspaniya La Liqasının 33-cü turu çərçivəsində son çempion Madrid “Real”ı səfərdə “Xetafe”nin qonağı olub.
Referans xəbər verir ki, qarşılaşmanın taleyini bir qol həll edib.
“Kral klubu”nun türkiyəli yarımmüdafiəçisi Arda Güler görüşün 21-ci dəqiqəsində baxımlı qola imza atıb və komandasına çempionluq yarışında vacib 3 xalı qazandırıb – 0:1.
Minimal hesablı qələbədən sonra paytaxt təmsilçisi lider “Barselona”nın ən yaxın izləyicisi olaraq qalır. Hazırda əzəli rəqibləri cəmi 4 xal ayırır. “Xetafe” isə 39 xalla 12-ci pillədə qərarlaşıb.
Xetafe – Real Madrid 0:1
Qol: Gülər, 21.
Qol: Gülər, 21.