image-real-madrid-logosu-aytac-unal-anadolu-ajansibackend

Görün “Real” kimi transfer etmək istəyir: “Barselona”nın hədəfində olub

“Real” klubu “Atletik”dən Nikо Uilyamsa qarşı böyük maraq göstərir.

Referans xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.

Mənbənin sözlərinə görə, “qalaktikos” Uilyamsın müqaviləsinin vaxtından əvvəl pozulması üçün “Atletik”ə 58 milyon avro ödəməli olacaq. Bildirilir ki, 22 yaşlı futbolçu “Real”a keçərsə, böyük ehtimalla, vinger Rodriqo Qoes komandadan ayrılacaq.

Cari mövsümdə futbolçu bütün turnirlərdə 44 oyunda iştirak edib, 11 qol vurub və 7 məhsuldar ötürmə edib. Uilyamsanın “Atletik”lə mövcud müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub. “Transfermarkt” portalının məlumatına əsasən, futbolçunun bazar dəyəri 70 milyon avrodur.

Qeyd edək ki, əvvəllər “Barselona” da Nikonun transferində maraqlı olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki