Referans xəbər verir ki, əsasən əyləncəli kontent və Türkiyə ictimaiyyətindəki hadisələrə münasibət bildirməsi ilə tanınan Sefil, Elgünün qətlinə xüsusi diqqət çəkib.
O, bu məsələnin həllini tapması üçün daha geniş ictimaiyyətə çatdırılmasının doğru olduğunu söyləyib və izləyicilərinə müraciət edib:
“Elgünün ölümü vəhşilikdir. Azərbaycanda çox sayda insan Türkiyədə törədilən qadın və uşaq cinayətlərinə, həm qadınlara, həm də kişilərə edilən haqsızlıqlar qarşısında hər zaman səs çıxarmağa çalışıblar. Mən bu kimi hadisələrdə ölkədən kənarda da ictimai fikrin formalaşmasının prosesə təsir etdiyini düşünürəm. Onlar bizim səsimiz olduğu kimi, sən də onların səsi ol”.
