image-682dbc698f6c8682dbc698f6c917478278174287b5327d44b914e95aee61807631fbbackend

AMB: Bu il istehlak kreditləri üzrə standartlar sərtləşib

2025-cü ilin I rübündə cəmi istehlak kreditləri, o cümlədən kredit kartları üzrə kredit standartlarında sərtləşmə davam edib. İstehlak kreditləri üzrə standartlarda sərtləşmə əsasən kreditlərin maya dəyərinin və komissiya məbləğinin artımı formasında olub.

“Referans” “APA-Economics” xəbər verir ki, bu Azərbaycan Mərkəzi Bank tərəfindən keçirilən “2025-ci ilin I rübü üzrə bank sektorunda kreditləşmə fəaliyyəti və maliyyələşmə mənbələrinə dair sorğunun nəticələri”ndə bildirilib.

Qeyd edilib ki, respondentlər növbəti rübdə ümumi istehlak kreditləri, o cümlədən kredit kartları üzrə standartlarda sərtləşmənin davam edəcəyini proqnozlaşdırırlar.

Sorğu nəticələrinə əsasən, ümumi istehlak kreditlərinə, o cümlədən kredit kartlarına tələbdə dəyişiklik olmayıb. Banklar növbəti rübdə ümumi istehlak kreditləri üzrə tələbdə artım olacağını, bununla belə, kredit kartlarına tələbdə dəyişiklik olmayacağını proqnozlaşdırırlar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki