image-682dc4d7a5c19682dc4d7a5c1a1747829975682dc4d7a5c17682dc4d7a5c18backend

Azad edilmiş ərazilərdə yeni yaradılan iş yerlərinin sayı 86% artıb – Siyahı

2025-cü ilin I rübündə işğaldan azad edilmiş rayonlarda 543 yeni iş yeri yaradılıb.

“APA-Economics”in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstəricinin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 86% artıb. Belə ki, 2024-cü ilin I rübündə işğaldan azad edilmiş rayonlarda 292 yeni iş yerləri yaradılmışdı.

Qeyd edək ki, ötən il ərzində ən çox yeni iş yeri Xankəndi və Kəlbəcərdə yaradılıb. Belə ki, hesabat dövründə Xankəndidə 283, Kəlbəcərdə isə 70 yeni iş yerləri yaradılıb.

Xatırladaq ki, hesabat dövründə azad edilmiş rayonlarda 56 yeni müəssisə və təşkilat, 739 yeni fərdi sahibkarlıq subyekti dövlət qeydiyyatından keçib.

Aşağıdakı cədvəldə 2025-cü ilin I rübündə azad edilmiş ərazilərdə yeni yaradılmış iş yerlərinin, fərdi sahibkarlıq subyektlərinin və müəssisələrin sayı verilib:

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki