Rekord istilər və şiddətli quraqlıq səbəbilə ilin əvvəlindən 80 ölkədə 370 milyon akrdan çox ərazi meşə yanğınlarından zərər görüb. Bu, İspaniya, Fransa və Almaniyanın ümumi ərazisinə bərabər sahədir.
Referans Media xəbər verir ki, Avropada 550 min hektardan çox ərazi yanıb, yanğınların iqtisadi zərərinin 15,6–19,1 milyard avro olduğu təxmin edilir. 300 mindən çox insan təxliyə edilib.
Kanadada 4–6 milyon hektar, ABŞ-ın Kaliforniya ştatında isə təxminən 250 min akr ərazi yanıb. Yanğınlardan ən çox zərər görən qitə Afrika olub.
Mütəxəssislər iqlim dəyişikliyi, yüksək temperatur və quraqlığın yanğınları daha sürətli və dağıdıcı etdiyini bildirir, ölkələri yanğınlara qarşı hazırlığı gücləndirməyə çağırırlar.
