Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Astanada Müstəqillik Sarayında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı qarşılayıb.
Referans Media xəbər verir ki, Türkiyə liderinin səfəri şərəfinə Müstəqillik Sarayının foyesində fəxri qarovul düzülüb. Prezident orkestri Qazaxıstan və Türkiyənin dövlət himnlərini ifa edib.
Rəsmi mərasimdən sonra Qasım-Jomart Tokayev və Rəcəb Tayyib Ərdoğanın məhdud tərkibdə görüşü başlayıb.
