Astara gömrüyündə yola uzanan İran vətəndaşı Tohidi Rza Mirzağa oğlu inzibati qaydada həbs olunub.
Referans Media xəbər verir ki, Xitab24.az-ın məlumatına görə, o, özünü təqsirli bilərək izahatında göstərib ki, anası xəstə olmağı ilə bağlı xəbər aldığından həyəcanlı olunub.
Özünə və avtomobilinə aid sənədlər ona geri qaytarılmasına baxmayaraq, ölkəni tərk edə bilmədiyini bildirən şəxs, hadisə vaxtı içkili olub.
Sərhədçilərin və gömrüyün iş fəaliyyətinə mane yaradan Rza Tohidi polisin qanuni tələbinə də məhəl qoymayıb. Onunla bağlı protokol tərtib edilərək baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilib.
Məhkəmənin qərarına əsasən, 1987-ci il təvəllüdlü İran vətəndaşı 10 gün müddətinə inzibati qaydada həbs edilib./kontekst.az/
