Sergen Yalçın Mourinyonun “Real Madrid”də mövsümün sonuna qədər çalışmayacağını düşündüyünü bildirib.
Referans Media xəbər verir ki, “Mourinyo gedəcək, qalmaz. Mövsümün sonunu görə bilməz, iddia edirəm. Məncə, mövsümün sonuna qədər qala bilməz. Çünki İspaniya çempionatında “Barselona” rahatlıqla çempion olacaq”, – deyə Yalçın bildirib.
O, daha sonra “Real Madrid” rəhbərliyi ilə bağlı da sərt ifadələr işlədib və klub prezidenti Florentino Peresin Portuqaliyadan olan bir qrup tərəfindən yanlış yönləndirildiyini iddia edib.
“Orada bir Portuqaliya qrupu işləyir, buna əminəm. “Real Madrid”in prezidentini də aldadıblar”, – deyə Yalçın bildirib.
Sergen Yalçın Türkiyə Superliqasının 6-cı turunda “Trabzonspor”un “Qalatasaray” üzərində 4:0 hesablı qələbəsini də şərh edib.
O, “Trabzonspor”un qələbəyə layiq olduğunu və komandanın taktiki baxımdan yaxşı hazırlaşdığını bildirib.
“Trabzonspor” səfərində 3 xal itirmək və ya “Trabzonspor”un evində rəqibini məğlub etməsi sürpriz deyil. Amma hesab fantastikdir. 2:1, 3:1 və ya 1:0 kimi nəticələri proqnozlaşdırmaq olardı. Amma 4:0... Təbii ki, “Qalatasaray” üçün ağır hesab oldu”, – deyə Yalçın bildirib.
O, “Trabzonspor”un oyununu da yüksək qiymətləndirib: “Trabzonsporu təbrik etmək lazımdır. Məncə, onlar layiqincə və çox yaxşı oynayaraq həm oyunu, həm də hesabı qazandılar. Taktiki yanaşmaları çox yaxşı idi. “Qalatasaray”ı yaxşı təhlil etmişdilər”.
Yalçın “Trabzonspor”un heyətində Fabinyo, Salah və Saviolonun xüsusilə yaxşı çıxış etdiyini də qeyd edib.
