Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı-Ələt-Astara magistral yolunun 103-cü kilometrliyində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Referans Media xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Havanın küləkli olması yanğınla mübarizə tədbirlərini çətinləşdirsə də hazırda yanğının yayılmasının qarşısının alınması və söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.
Əlavə məlumat veriləcək.
