image-tokayevbackend

Tokayev Xəzərlə bağlı ÇAĞIRIŞ ETDİ

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Astanada keçirilən Regional Ekoloji Sammitdə çıxışı zamanı Xəzər dənizinin qorunması üçün beynəlxalq səylərin gücləndirilməsinə çağırıb.

Referans Media  xəbər verir ki, dövlət başçısı Xəzərin mühafizəsinin regionun ekoloji balansı, biomüxtəlifliyi və davamlılığı üçün həlledici əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Qazaxıstan mediasının məlumatına görə, Tokayev ölkəsinin Xəzər dənizinin deqradasiyasının qarşısının alınması üzrə dövlətlərarası proqramın təşəbbüskarı olduğunu və bu məqsədlə Xəzər Dənizi Elmi-Tədqiqat İnstitutunun yaradıldığını diqqətə çatdırıb.

O, beynəlxalq birliyi bu təşəbbüsləri dəstəkləməyə çağırıb.

“Biz bu unikal təbiət irsini qorumalıyıq. Xəzər dənizinin akvatoriyasında hər hansı hərbi məqsədli istifadə istisna edilməlidir”, – deyə Qazaxıstan lideri bəyan edib.
Prezident əlavə edib ki, ekoloji sahədə əməkdaşlıq etimad, tərəfdaşlıq və ortaq məsuliyyət prinsipləri üzərində qurulmalıdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki