Yerüstü Nəqliyyat Agentliyi bu ilin yanvar-iyul ayları ərzində taksi fəaliyyəti ilə məşğul olmaq üçün tələb olunan sənədlərlə bağlı statistikanı açıqlayıb.
AYNA-dan Referans-a verilən məlumata görə, hesabat dövründə 4.280 nəfər sürücü buraxılış vəsiqəsi, 10.315 avtomobil isə buraxılış kartı ilə təmin olunub.
Qeyd edək ki, buraxılış vəsiqəsi birbaşa sürücüyə, buraxılış kartı isə taksi kimi istifadə ediləcək avtomobilə verilir. Bu sənədlər olmadan taksi fəaliyyəti qanunsuz hesab olunur və məsuliyyət yaradır. //teleqraf
