AZAL-da nə baş verir? – Naxçıvan reysləri ləğv edilərək başqa…backend

AZAL-da nə baş verir? – Naxçıvan reysləri ləğv edilərək başqa…

AZAL tərəfindən 7 iyul tarixində Naxçıvandan Bakıya yola düşəcək olan J2251 və 2 avqust tarixində yola düşəcək J2262 relslərin uçuş saatlarında dəyişiklik edib.


Bununla bağlı redaksiyamıza
vətəndaş şikayəti daxil olub. Vətəndaş bildirir ki, ona AZAL tərəfindən heç bir səbəb göstərilmədən sadəcə uçuş saatının dəyişdirilməsi ilə bağlı bildiriş mesajı göndərilib. Naxçıvana iş görüşünə
gedəcəyini bildirən vətəndaş saat dəyişikliyinin onun planlarına uyğun olmadığını bildirib və bu səbəbdən iş görüşünü ləğv
edəcəyi təqdirdə yüklü miqdarda gəlirdən məhrum olma ehtimalı olduğunu qeyd edib. 


AZAL-ın göndərdiyi bildiriş mesajını olduğu kimi təqdim edirik:

“Azerbaijan Airlines təəssüflə bildirir ki, J2251 reysi ilə bağlı uçuş cədvəlində dəyişiklik olub. Yeni uçuş J2263 reysi ilə 07 iyul tarixində saat 10:50-də GYD hava limanından (Bakı) yola düşəcək və 07 iyul saat 12:10-da NAJ hava limanına (Naxçıvan) çatacaq.


Yaranmış narahatlığa görə üzr istəyirik. Dəyişikliyi qəbul etmək üçün zəhmət olmasa e-poçtunuzu yoxlayın.”
  






Belə
olan halda vətəndaş nə edə bilər? Əgər dəyişiklik vətəndaşa maddi baxımdan
ziyan vurursa, o, şirkətdən təzminat tələb edə bilərmi?

Hüquqşünas
Ramil Süleymanov Referans
-a açıqlamasında bu sualları cavablandırıb.

“Bununla
bağlı Mülki Məcəllənin 21-ci maddəsinə əsasən, tərəflər bir-birlərinə vurmuş
olduqları zərəri, o cümlədən, əldən çıxmış faydanı bir-birlərindən tələb etmək
hüququna malikdirlər. Bildirmək istəyirəm ki, əgər 7 iyul və 2 avqust tarixləri
ilə bağlı qabaqcadan məlumat verilibsə, həmin biletin əvəzinə başqa bir bilet
almaqla o istiqamətdə uçuşunu təmin edəcəyi təqdirdə düşəcəyi əlavə zərərlərə
görə AZAL-dan bu məbləği tələb edə bilər. İndiki halda isə vətəndaş bu
bildirişdən sonra heç bir hərəkətlilik göstərməzsə, bu, gələcəkdə AZAL-ın mövqelərinin
möhkəmlənməsinə səbəb ola bilər və qurum vətəndaşı hər hansısa hərəkətə keçməməklə
günahlandıra bilər. Hətta vətəndaşın bu haldan məmnun qalacağı anlamına gəlməklə
ona vurulmuş zərəri ümumiyyətlə ödəməməyə gəlib çıxa bilər”.

 

Fidan
Vəlisoy 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki