Netanyahu ordu ilə üz-üzə: İrana hücum əmri böhran yaratdı

İsrail Müdafiə Ordusunun (SAXAL) Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir ölkənin siyasi rəhbərliyinin İranla birbaşa hərbi əməliyyatların yenidən başlamasına səbəb ola biləcək hücum əmri ilə razılaşmayıb.

Referans Media xəbər verir ki, bu barədə İsrailin 12-ci kanalı mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, Eyal Zamir əlavə məsləhətləşmələrin keçirilməsini tələb edib və Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi siyasi rəhbərlik hüquqi əsaslandırmanı yazılı sənəd şəklində təqdim edib imzalamayana qədər əmri yerinə yetirməkdən imtina edib.

“Detalları açıqlanmayan bu addım vəziyyətin yanlış qiymətləndirilməsi səbəbindən dərhal genişmiqyaslı münaqişəyə gətirib çıxara bilər. Ordu komandanlığı İranla bağlı məsələdən seçkiqabağı təbliğat məqsədilə istifadə edilməsindən narahatdır”, – deyə telekanalın hərbi mənbələrindən biri bildirib.

Qeyd edək ki, son günlər bir sıra Qərb mediası ABŞ və İsrail hakimiyyətlərinin İrana yeni zərbələr endirmək məsələsini müzakirə etdiyini yazıb. Məlumatlara görə, Benyamin Netanyahu hərbi əməliyyatın oktyabrın 27-də keçiriləcək Knesset seçkilərinə qədər həyata keçirilməsində israr edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki