Bakıda təşkil olunan FIFA U-15 dünya çempionatı və festivalının qalibi İspaniya millisi olub.
Referans Media Oxu.Az-a istinadən xəbər verir ki, A Divizionunun finalında İspaniya və Çexiya yığmaları qarşılaşıblar.
Bakı Kristal Zalında keçirilən həlledici görüşü FIFA referisi Əliyar Ağayev idarə edib.
Matç İspaniya komandasının 3:0 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, ispanlar turnirin qalibi adına yiyələniblər.
