“Qalatasaray” – “Fənərbaxça” derbisinin ağır bədəli – Milyonluq cərimələr, futbolçulara qadağa!

Türkiyə futbolunda böyük maraqla gözlənilən “Qalatasaray” – “Fənərbaxça” derbisindən sonra sərt intizam qərarları açıqlanıb.

Türkiyə Futbol Federasiyasının Peşəkar Futbol İntizam Komitəsi (PFDK) oktyabrın 26-da keçirilən qarşılaşmadan sonra baş verən insidentlərlə bağlı futbolçuları və klubları cəzalandırıb.

Oktyabrın 30-da açıqlanan qərara əsasən, “Fənərbaxça”nın ingiltərəli futbolçusu Arçi Braun 3 rəsmi oyundan kənarlaşdırılıb və 100 min Türkiyə lirəsi məbləğində cərimələnib.

“Qalatasaray”ın müdafiəçisi Abdülkerim Bardakçı isə 2 rəsmi oyundan uzaqlaşdırılıb və 67 min lirə cərimə edilib.

Hər iki futbolçu derbinin final fitindən sonra meydanda baş verən dava səbəbindən cəzalandırılıb.

İntizam Komitəsi klublara da ağır maliyyə sanksiyaları tətbiq edib. “Qalatasaray” ümumilikdə 2 milyon 120 min, “Fənərbaxça” isə 1 milyon 277 min 500 lirə cərimələnib.

Cərimələrin əsas səbəbləri azarkeşlərin davranışları, meydanda yaşanan hadisələr və federasiyanın qaydalarının pozulması olub.

Bundan başqa, “Qalatasaray”ın məşqçisi Serhat Doğan 21 gün müddətinə futbol fəaliyyətindən kənarlaşdırılıb. Hər iki klubun müəyyən tribunalarındakı azarkeşlərə də növbəti oyunlara giriş qadağası tətbiq edilib.

Xatırladaq ki, Türkiyə Superliqasının IX turunda keçirilən derbi “Qalatasaray”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb. İstanbul təmsilçisinin hər iki qolunu Viktor Osimhen vurub. “Fənərbaxça”nın yeganə qolunun müəllifi isə İrfan Can Kahveci olub./Musavat.com

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki