image-kere-yagibackend

Azərbaycanda kərə yağı BAHALAŞACAQ – Tarix açıqlandı

Yanvarın 1-dən Azərbaycanda kərə yağının idxal rüsumu 5%-dən 15%-ə qaldırılıb.

Referans Media xəbər verir ki, hər ay 80 qəpik-1 manat artan qiymətlər rüsum artımı ilə daha sürətlə qalxa bilər. Məsələn, hazırda 1 kiloqramı 25 AZN olan kərə yağı bu ildən 29-30 AZN-ə satıla bilər.

Məsələ ilə bağlı iqtisadçılar bildirib ki, idxal rüsumu artırıldıqda qiymətə təsir qaçılmazdır:

“Heç bir biznesmen rüsumu və vergini öz cibindən ödəməz. Qiymətlər onsuz da yüksəkdir, bundan sonra ən azı 8-10% bahalaşma gözlənilir. Köhnə ehtiyatlar tükəndikdən sonra, martdan etibarən bazarda daha ciddi artım müşahidə olunacaq”./Milli.Az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki