image-pull-hesablayicibackend

Azərbaycanda minimum əməkhaqqı bu qədər artırıla bilər

Bir müddət idi minimum əməkhaqqının artırılması ilə bağlı müzakirə gedirdi. Həmçinin, beynəlxalq reytinq agentliyində Azərbaycanın müvafiq göstəriciləri üzrə reytinqinin yüksəlməsi üçün çox önəmli məqamdır. Bu qərar minimum əməkhaqqının ən azı ildə bir dəfə artırılmasını real imkana çevirir”.

Referans Media  xəbər verir ki ,bunu “Unikal”a açıqlamasında iqtisadçı Eldəniz Əmirov deyib. Onun sözlərinə görə, əvvəlki dönəmlərdə minimum əməkhaqqı iki ildən bir artırılırdı:

“Bu da təbii ki, hər ikinci il insanların alıcılıq qabiliyyətinin mövcud inflyasiya qarşılığında gücsüz qalmasına səbəb olurdu. Düşünürəm ki, minimum əməkhaqqının ildə bir dəfə artırılması ən azı illik inflyasiya artımlarının mənfi fəsadlarının aradan qaldırılmasına öz dəstəyini göstərə bilər”.

Minimum əməkhaqqının nə qədər artırıla biləcəyinə gəlincə, iqtisadçı hesab edir ki, hər il minimum səviyyədə artırılması pensiya məbləğinin indeksasiya səviyyəsindən geri qalmamalıdır: “Bəzi hallarda təbii ki, çox və ya aşağı səviyyədə ola bilər. Amma minimum pensiya məbləğinin indeksasiya göstəricisindən aşağı olmalı deyil. Minimum əməkhaqqının ortalama 10-12 faiz artırılmasını daha real hesab edirəm”.

Qeyd edək ki, Əmək Məcəlləsinə minimum əməkhaqqı məbləğinə hər il azı bir dəfə yenidən baxılmasına dair əlavə edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki