Bacısının sevgilisini öldürtmək üçün 4 adam tutdu – 11 min dollarlıq qətlin təfərrütları

Hindistanın Madhya-Pradeş ştatında bir qızın qardaşı onun sevgilisini öldürtmək üçün 1 milyon rupi (11 min dollar) xərcləyib.

Referans Media  xəbər verir ki, bu barədə “The Times of India” məlumat yayıb.

Belə ki, Balagat rayonundan olan 20 yaşlı Riyansh Çauhan adı açıqlanmayan bir qızla romantik münasibətdə olub.

Qızın atası Civan və qardaşı Aşutoş bu münasibətə qarşı çıxıb və bir neçə dəfə Çauhandan əlaqəni bitirməsini tələb ediblər. Bu mövzuda keçirilən növbəti söhbət Aşutoşla bacısının sevgilisi arasında ciddi mübahisə ilə nəticələnib.

Bundan sonra onlar Çauhandan xilas olmaq qərarına gəliblər. Aşutoş dörd muzdlu qatil tutub və gəncin öldürülməsi, hadisənin isə ölümcül yol-nəqliyyat qəzası kimi qələmə verilməsi üçün onlara 1 milyon rupi ödəyib.

Noyabrın 17-si səhər saatlarında Çauhanın cəsədi magistral yolun kənarında, skuteri yaxınlığında aşkarlanıb. O, həyat əlamətləri göstərməyib.

İstintaqçılar dərhal hadisənin şübhəli olduğunu düşünüblər və beş gün ərzində müşahidə kameralarının görüntülərini və digər sübutları araşdırıblar.

Nəticədə məlum olub ki, qızın yaxınlarının tutduğu şəxslər əvvəlcə Çauhanı spirtli içki ilə sərxoş ediblər, daha sonra dəmir çubuqla onun başının arxa nahiyəsinə bir neçə dəfə zərbə endiriblər.

Ardınca cinayətin yol qəzası kimi görünməsi üçün gəncin cəsədini skuteri ilə birlikdə yolun kənarına atıblar.

Polis sui-qəsddə iştirak edən beş nəfəri, o cümlədən Civanı və Aşutoşu həbs edib. Daha bir şübhəli isə qaçaraq gizlənib./globalinfo.az/

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki