Çinin texnologiya nəhəngi "Huawei" ABŞ-da uzun müddətdir davam edən məhkəmə prosesində ticarət sirlərinin oğurlanması və bank fırıldaqçılığı üzrə təqsirli, lakin mütəşəkkil cinayətkar təşkilat (racketeering/RICO) ittihamı üzrə təqsirsiz elan edilib.
Referans Media xəbər verir ki, iki ay davam edən məhkəmə prosesində ABŞ prokurorluğu "Huawei"ni rəqabət üstünlüyü əldə etmək üçün yalan danışmaqda, fırıldaqçılıqda və ticarət sirlərini mənimsəməkdə ittiham edib.
Şirkətin müdafiə tərəfi isə prokurorluğun əvvəlcədən "Huawei"ni cinayətkar təşkilat kimi təqdim etməyə çalışdığını, şirkətin uğurunun isə yalnız innovasiya və texnoloji inkişaf hesabına əldə olunduğunu bildirib.
Bruklin məhkəməsinin andlılar heyəti "Huawei"ni 12 ittihamdan 10-u üzrə təqsirli hesab edib.
Bu ittihamlar arasında ABŞ sanksiyalarının pozulmasına yönəlmiş sövdələşmə, bank fırıldaqçılığı və ticarət sirlərinin oğurlanması da yer alıb.
Lakin məhkəmə şirkəti RICO qanunu çərçivəsində mütəşəkkil cinayətkar təşkilat kimi fəaliyyət göstərmək ittihamı üzrə təqsirli hesab etməyib.
Məhkəmə qərarından sonra "Huawei" bəyanat yayaraq RICO ittihamı üzrə bəraət almasını müsbət qiymətləndirib.
