Qoşaçayda 14 yaşlı qız nişanlısı tərəfindən güllələndi

Qərbi Azərbaycan əyalətinin Qoşaçay (Miyandab) şəhərində 14 yaşlı yeniyetmə qız güllələnərək öldürülüb.

Referans Media  xəbər verir ki, bu haqda şəhər polisi məlumat yayıb.

Məlumata görə, yeniyetmə qız 21 yaşlı nişanlısı tərəfindən şəhər parkında qətlə yetirilib.

Kimliyi açıqlanmayan qatil cinayəti törətdikdən sonra özünə də atəş açaraq intihar edib.

Cinayətin ailə münaqişəsi zəminində baş verdiyi bildirilib.

Qeyd edək ki, son yeddi ay ərzində İramda 90-a yaxın qadın həyat yoldaşları, keçmiş həyat yoldaşları, ataları və yaxın ailə üzvləri tərəfindən qətlə yetirilib./axar.az/

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki