Bacısının başına külqabı atdı — Qəribə səbəb

Bakının Yasamal rayonunda qardaş bacısına xəsarət yetirib.

Referans Media xəbər verir ki, Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Yasamal rayonunun Həsənbəy Zərdabi küçəsində baş verib. 1989-cu il təvəllüdlü Aydın birgə yaşadığı mənzildə bacısı Ayşən (adlar şərtidir – red.) ilə mübahisə edib.

İstintaq materiallarına əsasən, Aydın ümumi otağa bitişik studio tipli mətbəxdə orta dərəcədə sərxoş vəziyyətdə olarkən mənzilin açıq pəncərəsini bağlaması səbəbindən bacısı ilə mübahisə edib.

Aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Aydın masanın üzərindən külqabını götürərək bacısının başına vurub və ona xəsarət yetirib.

Aydın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.

İş üzrə izahat verən Aydın ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını və bacısının ondan şikayət və tələbinin olmadığını bildirib.

Yasamal Rayon Məhkəməsinin qərarı ilə Aydın barəsində cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki