image-y3nuourxfq8sttrtmhcc3tvkfua7ifkjl1for7hw_825-2backend

“Azərbaycandan gələn yanacaq ölkədə sürətlə satılır” – Papoyan

“Azərbaycandan gələn yanacaq sürətlə satılır və onun bitməsi qiymətlərin artmasına səbəb olur”.

Referans Media Oxu.Az-a istinadla xəbər verir ki, bunu ölkənin iqtisadiyyat naziri Gevork Papoyan deyib.

O, yanacaq bazarındakı vəziyyəti şərh edərək qiymət dinamikasını Azərbaycandan benzin tədarükü ilə əlaqələndirib:

“Azərbaycan benzini qurtaran kimi digər yanacaq növlərinin qiyməti qalxır”.

Nazir vurğulayıb ki, bazarda qiyməti sabitləşdirmək üçün daha ucuz yanacaq tədarükünü artırmaq lazımdır.

Papoyan, həmçinin qeyd edib ki, gələcəkdə Ermənistan və Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi yüzmilyonlarla dollara çata bilər.

Qeyd edək ki, bu gün Azərbaycandan Ermənistana 4 500 ton dizel yanacağı yola salınıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki