image-1773572263_1backend

Azərbaycanın 3×3 basketbol millisi FIBA Çempionlar Kubokunda gümüş medal QAZANDI

Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisi Tailandın paytaxtı Banqkokda keçirilən FIBA Çempionlar Kubokunda gümüş medal qazanıb.

Referans Media xəbər verir ki, finalda Niderland seçməsi ilə üz-üzə gələn yığma 12:21 hesabı ilə uduzub.

Milli daha əvvəl ABŞ-a qarşı keçirdiyi yarımfinal matçında 22:20 hesablı qələbə qazanmışdı.

Qeyd edək ki, turnirin qalibi FIBA 3×3 Çempionlar Kuboku 2027, FIBA 3×3 Dünya Kuboku 2027 və 2028-ci il Yay Olimpiya Oyunlarına vəsiqə qazandıran Olimpiya Təsnifat turnirində iştirak hüququ əldə edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki