2025-ci il dekabrın 1-nə Azərbaycanın dövlət borcu 25 milyard 272,7 milyon manat olub ki, bu da ümumi daxili məhsulun (ÜDM)n 19,5 %-ni təşkil edib.
Referans Media bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Borcun 17 milyard 77,5 milyon manatı daxili, 4 milyard 820,7 milyon ABŞ dolları və yaxud 8 milyard 195,2 milyon manatı isə xarici borc olub.






















