image-6a9c4aedd8bd1b2fec58aff1685f1e8e-3backend

Azərbaycanın maliyyə və iqtisadi vəziyyəti sabitdir – İlham Əliyev

Azərbaycanın maliyyə və iqtisadi vəziyyəti sabitdir. Çox illər ərzində, artıq doqquz ildir ki, valyutamız sabitdir.

Referans Media xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Azərbaycan-Çexiya biznes-forumunda çıxışı zamanı söyləyib.

Əslində, məzənnənin dəyişməz olaraq qaldığını, 2017-ci ildən etibarən bir dolların 1,7 manat təşkil etdiyini vurğulayan dövlətimizin başçısı deyib: “Düşünürəm ki, bu, hər hansı yerli və xarici potensial sərmayədar üçün mühüm göstəricidir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki