Bu ilin 11 ayında Azərbaycan 188 milyon 413.18 min ABŞ dollar dəyərində pambıq ixrac edib.
Referans Media Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 7,20% azdır. Belə ki, ötən ilin yanvar–noyabr aylarında pambıq ixracının dəyəri 203 milyon 23.14 min ABŞ dolları təşkil edib.
Hesabat dövründə Azərbaycandan pambıq idxalının dəyəri isə 9 milyon 144.05 min ABŞ dolları olub. Bu isə 2024-cü ilə nisbətən 0,82% çoxdur.
Qeyd edək ki, yanvar-noyabr aylarında pambıq üzrə ixrac Azərbaycanın ümumi ixracının 0.81%-ni, idxal isə ümumi idxalın 0.04%-ni təşkil edib.




















