Gənclər və İdman Nazirliyindən Referans Media-ya verilən məlumata görə, baza düşərgəsindən hərəkətə başlayan alpinistlər dərin qar örtüyü və çətin relyef şəraitində irəliləyərək zirvəyə qalxmaqla bu mövsümün ilk uğurlu çıxışlarını həyata keçiriblər.
Aşurlı zirvəyə qalxan zaman süni oksigen balonundan istifadə etməyib. İdmançı ötən il də zirvələrə süni oksigendən istifadə etmədən qalxmışdı.
Bununla da, İsrafil Aşurlının fəth etdiyi zirvələrin (8000 metrdən yüksək) sayı 9-a çatıb.






















